Suriya müxalifətinə kürd mənşəli Əbdül Basset Seyda rəhbərlik edəcək

Suriya müxalifətinə kürd mənşəli Əbdül Basset Seyda rəhbərlik edəcək
# 10 iyun 2012 04:42 (UTC +04:00)
Bakı-APA. Müxalifətdə olan Suriya Milli Şurasının lideri postunda istefaya getmiş Bürhan Qalyunu kürd mənşəli siyasətçi Əbdül Basset Seyda əvəz edəcək. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

56 yaşlı Seyda bu posta yeganə namizəd olub.

«Hazırda əsas vəzifə Şurada islahatlar aparılmasıdır», deyə yeni lider bildirib. O Şuranın tərkibini genişləndirmək üçün hərəkata qoşulmayan müxalifətçilərlə danışıqlar aparacağını bəyan edib.

Suriya Milli Şurası ötən ilin oktyabrında yaradılıb. Yaradıldığı gündən təşkilata Bürhan Qalyun rəhbərlik edib. Şuraya 230-a yaxın suriyalı siyasətçi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR