İranın müdafiə naziri: ““Altılıq” ölkələri İranın tələblərini qəbul etməlidir”

İranın müdafiə naziri: ““Altılıq” ölkələri İranın tələblərini qəbul etməlidir”
# 11 iyun 2012 07:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ““Altılıq” ölkələri İranın nüvə enerjisindən sülh məqsədləri üçün istifadəyə dair məntiqli tələblərini qəbul etməlidir”. APA-nın məlumatına görə, bunu İranın müdafiə naziri Əhməd Vahidi deyib. O bildirib ki, İran bütün haqlarını müdafiə etməkdə qərarlıdır və bu məsələdə qətiyyən geri addım atmayacaq: “Bunu “altılıq” ölkələri də başa düşməlidir. İran sülh və əmin-amanlıq tərəfdarıdır. Ali dini liderimiz ayətullah Xamneyi nüvə silahını haram buyurub. Odur ki, biz qəti şəkildə bu cür silahların istehsalına çalışmırıq. Qərb bilməlidir ki, əməkdaşlıq tərəfdarı olan İran öz hüquqlarından da vaz keçməyəcək”.
Ə. Vahidi əlavə edib ki, İran son 30 ildə müdafiə sənayesi sahəsində xeyli inkişaf edib: “İranın hərbi təchizata və sistemlərə olan tələbatı ölkə daxilində istehsal edilərək ödənilir. Hazırda hərbi sənaye sahəsində özünəməxsus yerimiz var və İran bu cəhətdən dünyanın ilk 10 ölkəsi sırasındadır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR