Uydurma “erməni soyqırımı”nı İsrail parlamentinin gündəminə gətirmək cəhdləri davam edir

Uydurma “erməni soyqırımı”nı İsrail parlamentinin gündəminə gətirmək cəhdləri davam edir
# 11 iyun 2012 09:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 12-də İsrail Knessetinin plenar iclasında uydurma “erməni soyqırımı”nın müzakirəsi keçiriləcək. APA-nın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, müzakirənin təşəbbüskarı MERETS Partiyasının deputatı Zaxav Qalyondur. Ona parlamentin sədri, Likud Partiyasının üzvü olan Reuven Rivlin də dəstək verir. Saxta “soyqırım”la bağlı məsələnin parlament komissiyalarının birində qaldırılacağı da gözlənilir. Lakin “Haaretz”in yazdığına görə, bu, İsrailin “erməni soyqırımı”nı tanıyacağı mənasına gəlmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR