İranda “İran-140”, “Antonov” və pilotsuz təyyarələr istehsal olunur - FOTO

İranda “İran-140”, “Antonov” və pilotsuz təyyarələr istehsal olunur - <font color=red>FOTO</font>
# 11 iyun 2012 13:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran dənizçilik sektorunda istifadə olunan “İran-140” və “Antonov” təyyarələrini istismara buraxmağa hazırdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Hava Müdafiəsi Sənayesi Təşkilatının rəhbəri Manuçöhr Məntiqi bildirib. Onun sözlərinə görə, sözügedən təyyarələr yalnız sifarişlə istehsal olunur: “Çünki xərci yüksəkdir. Texniki baxımdan istehsalda heç bir problem yoxdur. Təyyarələr sifarişdən ən gec 6 ay sonra təhvil verilir. Dünyada dənizçilik sektorunda istifadə edilən yüngül təyyarə istehsal edən ölkələrin sayı çox azdır. Bu cür təyyarələri yalnız üç ölkə istehsal edir və İran həmin üç ölkədən biridir”.
O, həmçinin ilin sonuna qədər İran istehsalı olan pilotsuz təyyarələrin 24 saat uçuşa hazır vəziyyətə gətiriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR