Əli Əkbər Salehi: “Moskva görüşünün hər iki tərəfi məmnun edən qərarların alınması ilə nəticələnəcəyinə inanıram”

Əli Əkbər Salehi: “Moskva görüşünün hər iki tərəfi məmnun edən qərarların alınması ilə nəticələnəcəyinə inanıram”
# 11 iyun 2012 14:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi iyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək növbəti müzakirələrdən danışıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Ə. Salehi deyib ki, Moskva görüşünün tərəflər arasında qarşılıqlı etimad mühitinin yaranmasına gətirib çıxaracağına və hər iki tərəfi məmnun edən qərarların alınması ilə nəticələnəcəyinə inanır.

Nazir bildirib ki, ölkəsi sülh məqsədli nüvə enerjisindən istifadə haqlarının müdafiəsi sahəsində şəffaf iş aparır: “İran sülh məqsədli nüvə fəaliyyətlərini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müqavilələri və nəzarəti altında həyata keçirir. İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyi hər cür kütləvi qırğın silahının istehsalının haram olması haqda fətva verib. Ancaq bununla belə, İran sülh məqsədli nüvə enerjisindən yararlanmaq haqqını müdafiə etməkdə davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR