Kazım Cəlali: “Qərb İranla müzakirələri yorucu bir prosesə çevirir və danışıqların nəticəsi ilə bağlı öhdəlikləri qəbul etmir”

Kazım Cəlali: “Qərb İranla müzakirələri yorucu bir prosesə çevirir və danışıqların nəticəsi ilə bağlı öhdəlikləri qəbul etmir”
# 11 iyun 2012 18:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Rəsmi Tehran şəffaf müzakirələrin keçirilməsini təkid edir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin deputatı Kazım Cəlali deyib. O bildirib ki, İran heç bir halda yoruçu müzakirələrin tərəfdarı deyil: “Qərbin müzakirələri yorucu bir prosesə çevirməsi və danışıqların nəticəsi ilə bağlı öhdəlikləri qəbul etməməsi İran rəsmiləri və xalqı tərəfindən etimadsızlıq yaradır. Tehran “altılıq” ölkələri ilə keçirilən İstanbul və Bağdad görüşlərində xoşməramlı niyyətlə iştirak etdi və müdriklik göstərdi. Həmçinin öz mövqeyini şəffaf şəkildə ortaya qoyaraq, buna dair bəzi anlaşmaları imzaladı”. K.Cəlali əlavə edib ki, Moskva görüşü Qərbin sözlərinə sadiq olub olmamasını sınaqdan keçirmək üçün bir məkan olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR