Pakistanda terror aktı nəticəsində 6 nəfər həlak olub

Pakistanda terror aktı nəticəsində 6 nəfər həlak olub
# 11 iyun 2012 23:51 (UTC +04:00)
Bakı-APA. Pakistanda baş vermiş terror aktı nəticəsində 6 nəfər həlak olub, ən azı 30 nəfər, o cümlədən bir neçə uşaq yaralanıblar. Ölkənin Bəlucistan əyalətində sərnişin avtobusunun qarşısında bomba partlayıb. Maşında təxminən 40 nəfər olub.

Yaralılardan çoxunun vəziyyəti ağırdır. Terror aktına görə məsuliyyəti heç kim üzərinə götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR