İranda qadınlara kişilərlə birgə futbola baxmaq qadağan edilib

İranda qadınlara kişilərlə birgə futbola baxmaq qadağan edilib
# 12 iyun 2012 11:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda qadınlara kişilərlə birgə futbol üzrə 2012-ci il Avropa çempionatını izləmək qadağan edilib. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bildirilib ki, kişilərin futbol oyunlarını izləyərkən səs-küy salaraq, kobud hərəkətlərə yol verməsi qadınlar üçün uyğun olmayan şərait yaradır. Kişilər həyəcanlanaraq bəzən kobud sözlər istifadə edir və pis şəkildə zarafatlaşırlar. Odur ki, qadınlarla kişilərlərin birgə futbol izləməsi uyğun deyil.

Qeyd edək ki, Polşa və Ukraynada keçirilən Avro-2012 İranda dövlət televiziyasından yayımlanır. Qadağadan öncə futbol oyunlarını kişilərlə qadınlar birgə kino salonlarında izləyə bilirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR