İran atom sualtı qayığının istehsalına başlayıb

İran atom sualtı qayığının istehsalına başlayıb
# 12 iyun 2012 16:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran nüvə reaktoru ilə işləyən sualtı qayıq istehsal etmək üçün fəaliyyətə başlayıb”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Hərbi-Dəniz Qüvvələri komandanının müavini, admiral Abbas Zamini açıqlayıb.

Onun sözlərinə görə, artıq atom sualtı qayığının hissələrini və sistemlərini hazırlamaq üçün ilkin addımlar atılıb: “Bütün ölkələrin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var. Bu baxımdan nüvə texnologiyası dəniz nəqliyyatı vasitələrində də istifadə oluna bilər. Hazırda donanmamızın çox uzun məsafəli əməliyyatları reallaşdırması üçün nüvə reaktoru ilə işləyən dəniz nəqliyyatı vasitələrinə ehtiyacı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR