Əli Laricani: “İran uranı hansı həddə zənginləşdirəcəyini özü müəyyənləşdirəcək”

Əli Laricani: “İran uranı hansı həddə zənginləşdirəcəyini özü müəyyənləşdirəcək”
# 13 iyun 2012 09:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran parlamentinin bugünkü iclasında Tehranın mübahisəli nüvə proqramı ilə bağlı İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələr əsas mövzusu olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bildirib ki, 1979-cu il islam inqilabdan əvvəl ABŞ İranın nüvə proqramına dəstək verib, birgə işlər aparılıb və bununla bağlı Henri Kissincerin imzası olan razılaşma da var: “Ancaq indi İranın nüvə proqramı yerli gənc elm adamları tərəfindən inkişaf etdirilir və Qərb ölkələrinin buna qarışmaq haqqı yoxdur. Bütün nüvə fəaliyyətləri NPT müqaviləsi çərçivəsində həyata keçirilir. Lakin Qərb ölkələri bir tərəfdən müzakirə masasına oturmağımızı istəyir, digər tərəfdən də yalanlarla dolu davranış sərgiləyərək ikili standart siyasəti yürüdür”.

Onun sözlərinə görə, İran uranı hansı həddə zənginləşdirəcəyini özü müəyyənləşdirəcək: “Müzakirələrin çərçivəsi beynəlxalq qanunlarda təyin olunub. Ona görə də müzakirələrdə İranın mənfəətləri göz önünə alınması şərtdir. İran parlamenti müzakirələri aparan nümayəndə heyətinə dəstək verir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR