İsrail Knessetində qondarma “erməni soyqrımı”nı tanınmasına həsr olunmuş xüsusi iclas keçirilib

İsrail Knessetində qondarma “erməni soyqrımı”nı tanınmasına həsr olunmuş xüsusi iclas keçirilib
# 13 iyun 2012 09:47 (UTC +04:00)
APA-nın “İzrus”a istinadən yaydığı məlumata görə, müzakirələrin təşəbbüskarı Zaxava Qalyon (MEREÇ)Ş Zeev Elkin (“Likud”) və professor Arye Eldaddır (İxud leumi). Knessetin spikeri Reuven Rivlin bu təklifi dəstəkləyib və diskussiyalar üçün xüsusi plenar iclas təyin edib.

Likud Partiyasının parlament koalisiyasının sədri Zeev Elkin müzakirələrdə bildirib ki, “on illər ərzində erməni xalqının faciəsinin tanınması məsələsi bu və ya digər səbəblərdən gündəliyə daxil edilməyib. Son illər ərzində bu situasiyanı ciddi şəkildə dəyişmək mümkün olub. Knesset bu prosesi məntiqi sonluğa çatdırmalı, erməni soyqrımını rəsmən tanımalıdır”.

Deputat Reuven Rivlin çıxışında bildirib ki, “erməni xalqının faciəsi məsələsini Türkiyəni cəzalandırmaq üçün siyasi alətə çevirmək olmaz. Biz müasir Türkiyəni soyqrımı törətməkdə günahlandırmır və Türkiyə hökumətinin ünvanına heç bir iddia irəli sürmürük”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR