Rusiya xarici işlər naziri İranda səfərdədir

Rusiya xarici işlər naziri İranda səfərdədir
# 13 iyun 2012 13:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov İranda səfərdədir. APA-nın İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, S. Lavrov səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, xarici işlər naziri Əli Əkbər Salehi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və digər rəsmi şəxslərlə görüşəcək. Görüşdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Bundan başqa, görüşdə İranın mübahisəli nüvə proqramı ilə bağlı Tehranla “altılıq” ölkələri arasında iyunun 18-19-da Moskvada keçiriləcək müzakirələr və Suriyadakı vəziyyət də prioritet mövzular olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR