Rusiya və İran xarici işlər nazirləri arasında görüş keçirilib

Rusiya və İran xarici işlər nazirləri arasında görüş keçirilib
# 14 iyun 2012 08:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Əli Əkbər Salehi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlər, İranın mübahisəli nüvə proqramı ilə bağlı Tehranla “altılıq” ölkələri arasında iyunun 18-19-da Moskvada keçiriləcək müzakirələr və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
S. Lavrov İranın bölgədə güclü və təsirli bir ölkə olduğunu, Suriya məsələsində rolunun önəmli olduğunu deyərək başda Tehran olmaqla Moskva görüşünə qatılacaq bütün ölkələrin problemin həlli üçün addım atmasının vacibliyini vurğulayıb.
Ə. Salehi isə öz növbəsində İranın Suriya probleminin xarici müdaxilə olmadan həll edilməsini istədiyini deyib. O qeyd edib ki, İstanbul və Bağdad görüşlərində irəliyə doğru müəyyən addımlar atılıb: “Ona görə də Moskva görüşündə də müsbət nəticələr əldə olunacağına inanırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR