Şimon Peres: “Bizim düşmənimiz İran xalqı deyil, bu ölkədəki mövcud rəhbərlikdir”

Şimon Peres: “Bizim düşmənimiz İran xalqı deyil, bu ölkədəki mövcud rəhbərlikdir”
# 14 iyun 2012 11:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran xalqı düşmənimiz deyil. Təhdid halına gələn İrandakı mövcud rəhbərlikdir”. APA-nın məlumatına görə, bunu Ağ Evdə düzənlənmiş mərasimdə ABŞ-ın “Azadlıq” medalı ilə təltif olunan İsrail prezidenti Şimon Peres bildirib. Onun sözlərinə görə, İranın təhdidinə gecikmədən son verilməsi lazımdır: “ABŞ prezidenti Barak Obama bu təhdidlə mübarizə məqsədilə qlobal koalisiya yaradılması üçün çox çalışdı. Haqlı olaraq iqtisadi sanksiyalarla başladı. Təkrar haqlı olaraq bütün variantların masada olduğunu söylədi. Sizi və siyasətinizi dəstəkləyirik. İsrail ilə qalıcı bir dostluq sözü verdiniz. İsrailin təhlükəsizliyinin sizin üçün müqəddəs olduğunu ifadə etdiniz. Bu səbəbdən söz verdiniz və sözünüzə uyğun davrandınız. Gerçək bir lider, sülhün müdafiəçisi olaraq hərəkət edirsiniz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR