İran nüvə alimlərini qətlə yetirən şəxsləri həbs etdiyini açıqlayıb

İran nüvə alimlərini qətlə yetirən şəxsləri həbs etdiyini açıqlayıb
# 14 iyun 2012 23:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) aralarında Məcid Şəhriyari, Məsud Əliməhəmmədi, Rza Qaşqayi və Mustafa Əhmədi Rövşənin də olduğu nüvə alimlərinə qarşı həyata keçirilmiş sui-qəsdləri törədən şəxslərin həbs olunduğunu açıqlayıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, açıqlamada bildirilir ki, həmin şəxslər müxtəlif yerlərdə və müxtəlif vaxtlarda həyata keçirilən əməliyyatlar zamanı tutulub və hazırda təcridxanadadırlar: “İran vətəndaşlarını qətlə yetirən cinayətkarların həbs edilməsi istiqamətində heç bir səyi əsirgəməyəcəyik”. Eyni zamanda açıqlamada həbs olunan şəxslərin İsrail kəşfiyyatı ilə əlaqəli olduqları qeyd edilib. Bundan başqa, əməliyyatla bağlı ətraflı məlumatın daha sonra ictimaiyyətlə açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, Mustafa Əhmədi Rövşən, Rza Qaşqayi, Məsud Əliməhəmmədi, Məcid Şəhriyari və Daryuş Rzayinejad müxtəlif illərdə sui-qəsdə məruz qalan iranlı nüvə alimləridir. Hətta İsrail kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq Məsud Əliməhəmmədini qətlə yetirməkdə günahlandırılan Məcid Camali Fəşi bir ay əvvəl edam olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR