Əli Əsgər Sultaniyə: “Qərbin Tehrana qarşı qəbul etdiyi sanksiyaların İranın nüvə fəaliyyətinə heç bir təsiri olmayıb”

Əli Əsgər Sultaniyə: “Qərbin Tehrana qarşı qəbul etdiyi sanksiyaların İranın nüvə fəaliyyətinə heç bir təsiri olmayıb”
# 15 iyun 2012 02:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “ABŞ-ın və Avropanın siyasətçiləri İran xalqına və Tehranın nüvə proqrama qarşı qəbul edilən sanksiyalar barəsində həqiqəti söyləmirlər”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib. O bildirib ki, İran İstanbul müzakirələrində əldə olunan razılaşmalara sadiqdir: “Qarşı tərəfin də bu razılaşmalara sadiq qalmasını gözləyirik. Avropanın ölkəmizə qarşı qəbul etdiyi sanksiyalar nəinki İranın nüvə fəaliyyətlərinə heç bir təsir etməyib, əksinə dövlətimizin və xalqımızın iradəsinin daha da möhkəmlənməsinə səbəb olub. Tehrana qarşı təzyiqlər iranlıların Qərb dövlətlərinə olan hiddətləri bir qədər də artıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR