Tehranın imam-cüməsi: “İran nüvə enerjisindən istifadə etmək hüququndan vaz keçməyəcək”

Tehranın imam-cüməsi: “İran nüvə enerjisindən istifadə etmək hüququndan vaz keçməyəcək”
# 15 iyun 2012 14:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran sülh məqsədli nüvə enerjisindən istifadə etmək hüququndan vaz keçməyəcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Tehran şəhərinin imam-cüməsi, ayətullah Əhməd Cənnəti cümə namazındakı xütbəsində bildirib.

Onun sözlərinə görə, İran heç bir vəchlə nüvə proqramını dayandırmayacağını dəfələrlə bəyan edib. Ə.Cənnəti Bağdadda İranla “altılıq” ölkələri arasında keçirilmiş müzakirələri müsbət dəyərləndirib: “İran heç bir təzyiq olmadan danışıqları davam etdirməyə hazırdır. Biz ümid edirik ki, bu müzakirələr müsbət nəticə ilə başa çatacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR