İranda bir nəfər edam olunub

İranda bir nəfər edam olunub
# 15 iyun 2012 17:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda bir nəfər edam olunub. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhbus İsfahan şəhərinin mərkəzi həbsxanasında dara çəkilib.
Qeyd edək ki, ötən il məhkumun üzərində 9 kiloqram 950 qram narkotik maddə tutulub. İsfahan vilayətinə bağlı Şəhriza şəhərinin İnqilab Məhkəməsi məhbusu edam cəzasına məhkum edib. Məhkumun əfvlə bağlı müraciəti rədd edildikdən və hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra edam iyunun 14-də səhər saatlarında icra olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR