Tehranda Qərb əleyhinə etiraz aksiyası keçirilib

Tehranda Qərb əleyhinə etiraz aksiyası keçirilib
# 15 iyun 2012 19:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün İranın paytaxtı Tehran şəhərində etiraz aksiyası keçirilib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, cümə namazından sonra minlərlə insan yürüş-mitinq keçirərək, ABŞ və digər Qərb ölkələrinin əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Nümayiş iştirakçıları “Hicabsızlıq imperialistlərin istəyidir!" kimi şüar verərək, İranın hökumət orqanlarından islam mədəniyyətinə xələl gətirən Qərb dəyərləri ilə daha ciddi davranmalarını istəyiblər. Aksiya bəyanatın oxunması ilə başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR