İranda ikinci yerli avtomobilin istehsalına başlanıb

İranda ikinci yerli avtomobilin istehsalına başlanıb
# 16 iyun 2012 13:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın ikinci milli avtomobili olan “Rana”nın istehsalına başlanılıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən mərasimdə İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi də iştirak edib. O, çıxışında bildirib ki, “Rana”nın İran Hodro” şirkətində istehsalına başlanması milli avtomobil sektorunda yeni bir qızıl səhifədir.
“İran Hodro” şirkətinin rəhbəri Cavad Nəcməddin isə “Rana”nın həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulduğunu deyib. O, “Rana”nın dizaynından istehsalına qədər bütün mərhələlərinin yerli mütəxəssislər tərəfindən reallaşdırıldığını və onun bütün hissələrinin İranda istehsal olunduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR