Sergey Ryabkov: “Rusiya Avropa Birliyinin iyulun 1-dən İrandan neft idxalına sanksiya tətbiq etməsinə qarşıdır”

Sergey Ryabkov: “Rusiya Avropa Birliyinin iyulun 1-dən İrandan neft idxalına sanksiya tətbiq etməsinə qarşıdır”
# 16 iyun 2012 23:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Rusiya Avropa Birliyinin iyulun 1-dən İrandan neft idxalına sanksiya tətbiq etməsinə qarşıdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, Avropa Birliyinin bununla bağlı qərarını yenidən nəzərdən keçirmək istəməsi halında Moskva da bu qərarı məmnuniyyətlə qarşılayacaq: “Gerçəkdə biz Avropa Birliyinin İrandan neft idxalına qarşı sanksiya tətbiq etməsinin əleyhinəyik. Təbii ki, belə bir sanksiyanın tətbiq olunub-olunmaması məsələsi Avropa Birliyinə üzv ölkələrə aid məsələdir. Lakin biz Avropa Birliyinin belə bir sanksiya tətbiqindən imtina etməsini də məmnuniyyətlə qarşılayarıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR