Mahmud Əhmədinejad: “İran Moskva görüşündə müsbət addımlar atmağa hazırdır”

Mahmud Əhmədinejad: “İran Moskva görüşündə müsbət addımlar atmağa hazırdır”
# 17 iyun 2012 12:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran iyunun 18-19-da Tehranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək nüvə müzakirələrində könüllü olaraq müsbət addımlar atmağa hazırdır”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib.

Onun sözlərinə görə, bunun üçün qarşı tərəfin də oxşar addımlar atması lazımdır.

M. Əhmədinejad deyib ki, Parçin hərbi sənaye kompleksinin yoxlanılması məsələsi İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əldə edilmiş razılaşmada qeyd olunmayıb. İran prezidenti vurğulayıb ki, ölkəsinin uranı 20% həddində zənginləşdirməsi yalnız tibbi ehtiyacları qarşılamağa yönəlmiş addımdır: “AEBA-nın qərarlarına uyğun olaraq, İran 20% həddində zənginləşdirilmiş urandan istifadə etmək haqqına sahibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR