Mahmud Əhmədinejad: "Qərb Tehranı 20 faiz zənginləşdirilmiş uran yanacağı ilə təmin etsə, İran uranın zənginləşdirilməsini dayandırar"

Mahmud Əhmədinejad: "Qərb Tehranı 20 faiz zənginləşdirilmiş uran yanacağı ilə təmin etsə, İran uranın zənginləşdirilməsini dayandırar"
# 18 iyun 2012 11:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. " Qərb İranı nüvə yanacağı ilə təmin edəcəyinə zəmanət versə, Tehran uranı 20 faizə qədər zənginləşdirməyi dayandırar". APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib.

O bildirib ki, Qərb İran rektorlarını nüvə yanacağı ilə təmin etsə, problemlər həll olunacaq: "Hər zaman bildirmişik ki, Avropa ölkələri Tehrana 20 faiz zənginləşdirilmiş uran yanacağı verəcəyi təqdirdə, biz uranın zənginləşdirilməsini dayandıracağıq".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR