MOSSAD-ın keçmiş rəhbəri: “İrana hücum faydalı olmayacaq, əksinə Tehranı daha da gücləndirəcək”

MOSSAD-ın keçmiş rəhbəri: “İrana hücum faydalı olmayacaq, əksinə Tehranı daha da gücləndirəcək”
# 19 iyun 2012 09:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana hərbi müdaxilə əks effekt verə bilər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın keçmiş rəhbəri Meir Daqan bildirib.

Onun sözlərinə görə, İrana hər hansı hücum faydalı olmayacaq, əksinə Tehranı daha da gücləndirəcək. M. Daqan İrana hərbi müdaxiləyə qarşı çıxmasına üç səbəb göstərib: “Birincisi, İsrailin hərbi müdaxiləsi bu ölkənin mübahisəli nüvə proqramını dayandırmayacaq, ikincisi, İran xalqı nüvə proqramını dəstəkləyir və ən nəhayət, üçüncüsü, İranın nüvə obyektlərinə zərbə endirilməsi vəziyyətində xalqın ali dini rəhbərə dəstəyi də qat-qat artacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR