İran prezidenti Latın Amerikasına səfərə çıxıb

İran prezidenti Latın Amerikasına səfərə çıxıb
# 19 iyun 2012 09:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikasına səfərə gedib. APA-nın İRİB-ə istinadən məlumatına görə, M. Əhmədinejad Tehran aeroportunda jurnalistlərə açıqlamasında bildirib ki, öncə Boliviyaya gedəcək: “Bu ölkənin rəsmiləri ilə İranla Boliviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif səpkidə görüşlərimiz olacaq. Bundan sonra Braziliyaya yola düşəcəyəm. Burada düzənlənəcək Rio+20 toplantısında iştirak edəcəyəm. Eyni zamanda İranla Braziliya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu ölkənin rəsmiləri ilə görüşlərim olacaq. Braziliyadan da Venesuelaya yola düşəcəyəm. Bu gün İran və Venesuela əlaqələri dostanə və səmimidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR