Rusiya, Çin, İran və Suriya birgə hərbi təlimlər keçirəcək

Rusiya, Çin, İran və Suriya birgə hərbi təlimlər keçirəcək
# 19 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yaxın Şərqdə Rusiya, Çin, İran və Suriya 90 min əsgərin iştirakı ilə birgə hərbi manevr keçirəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Suriyada keçiriləcək təlim indiyədək bölgədə təşkil edilən ən böyük manevr olacaq. Xəbərdə manevrlə bağlı hazırlıq işlərinin sürətlə görüldüyü və təlimin bir aya qədər təşkil ediləcəyi bildirilir.

Qeyd edək ki, hazırda Çinə aid 12 sualtı qayıq Süveyş kanalından keçmək üçün Misirdən icazə istəyib və bu gəmilər iki həftə sonra Suriyanın Lazkiyə və Trablus limanlarına çatacaq. Eyni zamanda Rusiyaya məxsus sualtı qayıq və gəmilərlə yanaşı, İrana aid sualtı qayığın da yaxın günlərdə Suriyaya çatması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR