Əlaəddin Burucerdi: ““Altılıq” ölkələri yavaş-yavaş İranla uzlaşmaya yaxınlaşır”

Əlaəddin Burucerdi: ““Altılıq” ölkələri yavaş-yavaş İranla uzlaşmaya yaxınlaşır”
# 19 iyun 2012 10:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ““Altılıq” ölkələri yavaş-yavaş İranla uzlaşmaya yaxınlaşır. Ancaq hələlik müsbət nəticə əldə olunmasını gözləmək olmaz”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdi bildirib. Onun sözlərinə görə, “altılıq” ölkələri arasında fikir birliyi yoxdur: “Çin və Rusiya digər ölkələrə görə fərqli düşünür”.

Müzakirələrin müsbət nəticələndiyini deyən Ə. Burucerdi nüvə proqramı kimi kompleks mövzunun uzunmüddətli müzakirə tələb etdiyini də vurğulayıb. O, həmçinin əlavə edib ki, İran nüvə proqramını dayandırmayacaq və nüvə silahının yayılmaması barədə müqavilə (NPT müqaviləsi) çərçivəsində nüvə enerjisindən faydalanacaq: “Müqavilənin dördüncü maddəsi təzyiqlər qarşısında nüvə enerjisindən faydalanmaq haqqından imtinanı tələb etmir. İran NPT müqaviləsinə qoşulmuş bir ölkə olaraq bütü nüvə fəaliyyətlərini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında davam etdirir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR