Taner Yıldız: “İranla Türkiyə arasında ticarətdə milli pul vahidi istifadə ediləcək”

Taner Yıldız: “İranla Türkiyə arasında ticarətdə milli pul vahidi istifadə ediləcək”
# 20 iyun 2012 04:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla Türkiyə arasında ticarətdə milli pul vahidi istifadə ediləcək. Artıq bununla bağlı lazımi işlər görülüb”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız CNBC telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda İranla Türkiyə arasında ticarət qızıl vasitəsilə də həyata keçirilir: “İllik 80-82 ton civarında qızıl istifadə edirik. Əvvəllər ayda 1 ton qızıl hasil edərkən, indi 2 ton istehsal edirik. İllik 24 ton olan yerli istehsalı 34-36 tona çıxarmaq fikrindəyik”.
Qeyd edək ki, İranla Türkiyə arasında ticarətin həcmi son illərdə sürətlə artmaqdadır. Ötən il iki ölkə arasında ticarətin həcmi 16 milyard dollar olub, bu rəqəmin ilin sonunda 23 milyard dollara çatması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR