Pan Gi Mun: “İranla “altılıq” ölkələri müsbət nəticə əldə olunması üçün güclü bir iradə ilə müzakirələri davam etdirməlidirlər”

Pan Gi Mun: “İranla “altılıq” ölkələri müsbət nəticə əldə olunması üçün güclü bir iradə ilə müzakirələri davam etdirməlidirlər”
# 21 iyun 2012 09:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. BMT baş katibi Pan Gi Mun İranla “altılıq” ölkələri arasında iyunun 18-19-da Moskvada baş tutan nüvə müzakirələrində razılıq əldə olunmamasından təəssüf hissi keçirdiyini bildirib. APA-nın İRNA-ya istinadən məlumatına görə, BMT baş katibi deyib ki, tərəflər İranın nüvə proqramı ətrafında yaranmış mövcud ixtilafların həlli üçün daha da səy göstərməlidirlər. Baş katib vurğulayıb ki, İranla “altılıq” ölkələri müsbət nəticə əldə olunması üçün güclü bir iradə ilə müzakirələri davam etdirməlidirlər: “Ümid edirəm ki, bundan sonrakı siyasi və texniki müzakirələrdə tərəflər İranın nüvə proqramının yalnız sülh məqsədli olduğuna dair dünya ictimaiyyətinin etimadını qazana biləcək bir həllə sürətli şəkildə nail olmaq üçün işləri gücləndirəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR