Hindistanda inzibati binada baş vermiş yanğında 16 nəfər xəsarət alıb

Hindistanda inzibati binada baş vermiş yanğında 16 nəfər xəsarət alıb
# 21 iyun 2012 17:26 (UTC +04:00)
Bakı-APA. Hindistanın ən iri şəhərlərindən olan Mumbayda inzibatı binada baş vermiş yanğın nəticəsində 16 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, binada bir necə yüz adam olub. Yanğının söndürülməsinə 30 yanğınsöndürən briqadası cəlb olunub. Binadan çıxa bilməyən 50 nəfər vertolyotla yuxarı mərtəbələrdən evakuasiya olunub.
Bildirilir ki, alov çox sayda dövlət sənədlərini məhv edib.
Hindistan hökuməti hadisənin səbəblərini əsaslı şəkildə araşdıracağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR