Kabildə “Taliban”çılar tərəfindən ələ keçirilən otelin azad edilməsi əməliyyatında 13 nəfər ölüb

Kabildə “Taliban”çılar tərəfindən ələ keçirilən otelin azad edilməsi əməliyyatında 13 nəfər ölüb
# 22 iyun 2012 10:44 (UTC +04:00)
Bakı – APA. Əfqanıstanın paytaxtı Kabil şəhərində lüks mehmanxananı ələ keçirən “Taliban” silahlıları zərərsizləşdirilib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qrup 5 nəfərdən ibarət olub. Atışma zamanı 4 mülki şəxs, 3 otel mühafizəçisi və 1 polis həlak olub. Ümumilikdə ölənlərin sayı 13 nəfərdir. Əməliyyatda əfqan və NATO hərbçiləri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR