ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır
# 22 iyun 2012 23:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ iyunun 28-dən etibarən İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Qeyd edək ki, İranla “altılıq” arasında baş tutan Moskva görüşünü uğursuz adlandıran ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə müşaviri Denis Ross bildirib ki, “altılıq” ölkələrin Tehrana qarşı mövqeyi sərtləşdirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR