İran xarici işlər naziri izahat vermək üçün parlamentə çağırılıb

İran xarici işlər naziri izahat vermək üçün parlamentə çağırılıb
# 23 iyun 2012 10:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran xarici işlər naziri Əli Əkbər Salehi ölkə parlamentinə çağırılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi Hüseyn Nəqəvi açıqlama verib.

Onun sözlərinə görə, Ə. Salehi İran parlamentinə izahat vermək üçün çağırılıb: “Buna səbəb İran xarici işlər nazirinin bir qədər əvvəl Əfqanıstanda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşməsidir. Ə. Salehinin ingilis həmkarı ilə hansı mövzularla bağlı danışıq apardığına açıqlıq gətirməsi lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR