Yaponiyanın “Mitsubishi” şirkəti İranla yeni neft müqaviləsi bağlayıb

Yaponiyanın “Mitsubishi” şirkəti İranla yeni neft müqaviləsi bağlayıb
# 24 iyun 2012 00:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Yaponiyanın “Mitsubishi” neftayırma zavodu İrandan neft idxal etmək üçün bu ölkə ilə əvvələr bağladığı müqavilənin müddətini uzadıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Məlumatda bildirilir ki, “Mitsubishi” şirkətinin İranla bağladığı neft müqaviləsinin müddətini uzadmasına baxmayaraq, ABŞ-ın sanksiyalarına riayət edərək bu ölkədən neft idxalını azaltmağı planlaşdırır: “Bu şirkət ötən il İrandan gündəlik 15 min barel neft alıb. Lakin şirkətin imzaladığı yeni müqaviləyə görə, İrandan nə qədər neft idxal edəcəyi hələlik bilinmir. Şirkət rəsmiləri də bu barədə məlumat verməkdən boyun qaçırıblar. Ümumiyyətlə, “Mitsubishi” şirkəti bu ilin aprel və iyun ayları içərisində İrandan neft idxalını davam etdirib. Yaponiya isə iyul ayında İrandan gündəlik 120 min barel neft idxal etməyi planlaşdırır. Bu rəqəm isə ötən ilin iyul ayı ilə müqayisədə azalma deməkdir. İran ötən il Yaponiyanın neftə olan tələbatının 9%-ni qarşılayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR