İran XİN: “Böyük Britaniya ilə əlaqələrimiz kəsilməyib”

İran XİN: “Böyük Britaniya ilə əlaqələrimiz kəsilməyib”
# 24 iyun 2012 02:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla Böyük Britaniya arasında əlaqələr kəsilməyib”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, İran xarici işlər naziri Əli Əkbər Salehinin bir qədər əvvəl Əfqanıstanda Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşməsi səbəbindən izahat vermək üçün ölkə parlamentinə çağırılması düzgün deyil: “Çünki iki ölkə arasında konsulluq fəaliyyəti olduğundan qarşılıqlı görüşlərin keçirilməsi lazımdır. Özü də U. Heyq üçüncü ölkə vasitəsilə Ə. Salehi ilə görüşüb. Bu görüşdə İran vətəndaşlarının konsulluq əməliyyatları, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri və Suriya böhranı ətrafında fikir mübadiləsi aparılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR