Türkiyənin Bitlis əyalətində polis postu atəşə tutulub, bir nəfər yaralanıb

Türkiyənin Bitlis əyalətində polis postu atəşə tutulub, bir nəfər yaralanıb
# 24 iyun 2012 04:33 (UTC +04:00)
Bakı-APA. Bir qrup PKK-çının Türkiyənin Bitlis əyalətindəki Üçyol adlanan ərazidə polis postunu avtomat silah və raket atəşinə tutması nəticəsində bir polis yaralanıb.
APA-nın İHA-ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşlıları cavab atəşi açdıqdan sonra terrorçular hadisə yerindən qaçıblar.
Bölgədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR