Vilyam Heyq: “Avropa Birliyi Tehrana qarşı yeni sanksiyalar qəbul edəcək”

Vilyam Heyq: “Avropa Birliyi Tehrana qarşı yeni sanksiyalar qəbul edəcək”
# 26 iyun 2012 11:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələrdə irəliləyiş əldə olunmasa, Tehrana qarşı sanksiyalar artırılacaq”. APA-nın məlumatına görə, bu Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Avropa Birliyinin İrana qarşı yanvarın 22-də qəbul etdiyi neft sanksiyası iyul ayından tətbiq ediləcək: “ Tehranın nüvə probleminin həlli üçün “altılıq” ölkələrinin apardığı danışıqlarda bir nəticə əldə edilməsə, Avropa Birliyi qarşıdakı aylarda İrana qarşı yeni sanksiyalar qəbul edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR