İran xarici işlər naziri Cənubi Kiprdə səfərdədir

İran xarici işlər naziri Cənubi Kiprdə səfərdədir
# 26 iyun 2012 13:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran xarici işlər naziri Əli Əkbər Salehi Cənubi Kiprdə səfərdədir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. Salehi birgünlük səfər çərçivəsində Cənubi Kipr rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə Tehranla Nikosiya arasında əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Cənubi Kipr iyulun 1-dən Avropa Birliyinə 6 aylıq müddətinə rəhbərlik edəcək. Həmin tarixdən etibarən də Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldəki toplantıda qəbul etdiyi qərar, yəni İrandan neft idxalına qadağa qüvvəyə minəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR