İranın Ərdəbil vilayətində 85 nəfər edam cəzasına məhkum edilib

İranın Ərdəbil vilayətində 85 nəfər edam cəzasına  məhkum edilib
# 27 iyun 2012 01:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda Ərdəbil vilayətində narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 85 nəfər edam cəzasına məhkum edilib. APA-nın məlumatına görə, bu barədə Ərdəbil vilayətinin Ali Məhkəməsinin sədri Qulaməli Rzayi açıqlama verib. O bildirib ki, 85 nəfərdən 8 nəfərin ölüm hökmü artıq icra olunub: “Onlardan üç nəfərin edam cəzası yaxın günlərdə, qalanlarının hökmü isə tədricən həyata keçiriləcək”.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR