İranın daxili işlər naziri: “2012-ci ildə 490 ton müxtəlif növ narkotik maddə ələ keçirilib”

İranın daxili işlər naziri: “2012-ci ildə 490 ton müxtəlif növ narkotik maddə ələ keçirilib”
# 27 iyun 2012 07:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran bu il narkomaniyaya qarşı mübarizə çərçivəsində çox ciddi layihələr həyata keçirəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın daxili işlər naziri, Narkotik Maddələrlə Mübarizə Komitəsinin baş katibi Mustafa Məhəmməd Nəccar Tehranda narkomaniyaya qarşı mübarizə üzrə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ötən 32 il ərzində İranda narkomaniyaya qarşı mübarizədə 3600 nəfər polis və hərbçi qətlə yetirilib: “2012-ci ildə narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizədə 1200 əməliyyat həyata keçirilib və nəticədə 490 ton müxtəlif növ narkotik maddə ələ keçirilib”.

Qeyd edək ki, İranda narkotik maddələrin istifadəsi və satışı qadağandır. Bu qanunu pozan şəxslər edam cəzasına məhkum edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR