Əli Əkbər Salehi: “İran nüvə reaktoru ixrac etmək gücündədir”

Əli Əkbər Salehi: “İran nüvə reaktoru ixrac etmək gücündədir”
# 27 iyun 2012 09:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran xarici işlər naziri Əli Əkbər Salehi Cənubi Kiprdə jurnalistlərə açıqlamasında ölkəsinin mübahisəli nüvə proqramından danışıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə. Salehi bildirib ki, bu gün İran nüvə reaktoru ixrac etmək gücündədir: “İran 20% həddində zənginləşdirilmiş urana malikdir. İranla “altılıq” ölkələri arasında da bu yanacağın təmini barəsində müzakirələr aparılır”. Onun sözlərinə görə, iyulun 1-dən etibarən Avropa Birliyinə 6 ay müddətinə sədrlik edəcək Cənubi Kipr İranla bu qurum arasında olan anlaşılmazlıqların aradan qaldırılmasına yardımçı olacaq: “İran və Cənubi Kipr mövcud potensiallardan istifadə edərək, iqtisadi, ticarət və mədəni sahədəki əlaqələrini artırmalı, Tehran və Nikosiya arasında imzalanmış sazişləri həyata keçirməlidir”.

Qeyd edək ki, səfər çərçivəsində Ə. Salehi Cənubi Kipr prezidenti Dimitris Xristofyas, iqtisadiyyat naziri Vesus Şarli və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR