Əli Əkbər Salehi Qazaxıstan prezidenti və xarici işlər naziri ilə görüşüb

Əli Əkbər Salehi Qazaxıstan prezidenti və xarici işlər naziri ilə görüşüb
# 27 iyun 2012 12:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran xarici işlər naziri Əli Əkbər Salehi Qazaxıstanda səfərdədir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər çərçivəsində Ə. Salehi bu ölkənin prezidenti Nursultan Nazarbayevlə görüşüb. Görüşdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub. Görüşdə həmçinin İran və Qazaxıstanın regional və beynəlxalq səviyyədə əməkdaşlığının vacib olduğu vurğulanıb.

Bundan əlavə, Ə. Salehi Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanovla da görüşüb. Görüşdə Əfqanıstandakı vəziyyət, Suriyadakı böhran və bu problemin həlli üçün irəli sürülmüş Kofi Annan planı barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ə. Salehi səfr çərçivəsində İran-Qazaxıstan XII ortaq iqtisadi komissiyasının yığıncağında iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR