Rusiya prezidenti İsrailə İrana hərbi müdaxilədən çəkinməklə bağlı xəbərdarlıq edib

Rusiya prezidenti İsrailə İrana hərbi müdaxilədən çəkinməklə bağlı xəbərdarlıq edib
# 27 iyun 2012 12:52 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, V. Putin rəsmi Təl-Əvivə ABŞ-ın İraq və Əfqanıstanda üzləşdiyi çətinliklərdən dərs almağı tövsiyə edib: “Görün İraq və Əfqanıstan müharibəsində ABŞ-ın başına nə gəldi. Mən sizə dediklərimi daha əvvəl də ABŞ prezidenti Barak Obamaya söyləmişdim. İşləri tələm-tələsik etməyə ehtiyac yoxdur, düşünmədən hərəkət etməmək lazımdır”.

Onun sözlərinə görə, sülh məqsədli nüvə enerjisindən faydalanmaq İran millətinin ən təbii haqqıdır: “Ona görə də İranın nüvə proqramı ətrafında yaranmış problem tamamilə sülh yolu və İran millətinin haqları nəzərə alınaraq çözülməlidir. Bu müddət ərzində də İran millətinin nüvə enerjisindən sülh məqsədləri üçün faydalanmaq haqqının qorunmalıdır”.

V. Putin bildirib ki, dünya ictimaiyyəti İranın nüvə proqramının sonda atom bombası istehsalı ilə nəticələnməyəcəyindən əmin olmaq istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR