İranın xarici işlər naziri Cənubi Kiprdə saxlanılıb

İranın xarici işlər naziri Cənubi Kiprdə saxlanılıb
# 27 iyun 2012 16:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İyunun 26-da Cənubi Kiprə birgünlük səfər etmiş İranın xarici işlər naziri Əli Əkbər Salehinin aeroportda saxlanıldığı məlum olub. APA-nın xəbərinə görə, bu barədə Cənubi Kipr qəzetləri yazıb.

Ə. Salehinin adı Avropa Birliyinin “qara siyahısı”nda olduğu üçün saxlanıldığı və Cənubi Kipr Xarici İşlər Nazirliyinin məsələyə müdaxiləsindən sonra sərbəst buraxıldığı bildirilir. İranlı həmkarını dəvət edən Cənubi Kipr xarici işlər naziri onların səfəri ilə bağlı digər instansiyaları məlumatlandırmayıb. Kipr tərəfi Ə. Salehidən üzr istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR