Banqladeşdə təbii fəlakət nəticəsində həlak olanların sayı 100-ə çatıb

Banqladeşdə təbii fəlakət nəticəsində həlak olanların sayı 100-ə çatıb
# 27 iyun 2012 19:50 (UTC +04:00)
Bakı-APA. Banqladeşdə şiddətli yağışların səbəb olduğu daşqınlar 100-dən artıq insanın həyatına son qoyublar. Bu barədə APA İTAR-TASS-a istinadən məlumat verir.

Ölkənin cənub-şərqindəki Çittaqonq liman şəhərində təbii fəlakət 23 nəfərin həyatına son qoyub. Şəhərə yaxın kəndlərdə isə 36 nəfər həlak olub.

Çittaqonq ilə ölkənin digər hissələri arasında əlaqə kəsilib. Burada avtomobillərin və qatarların hərəkəti dayandırılıb, hava limanı bağlanıb.

Ümumilikdə ölkənin 250 min əhalisi təbii fəlakətdən zərər görüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR