Bürhan Qalyun: Müxalifət Suriyanın şimalına nəzarəti ələ keçirib

Bürhan Qalyun: Müxalifət Suriyanın şimalına nəzarəti ələ keçirib
# 27 iyun 2012 20:48 (UTC +04:00)
Bakı-APA. Bəşər Əsəd rejimi Suriyanın şimalı üzərində nəzarəti itirib. Müxalifətdəki Suriya Milli Şurasının keçmiş rəhbəri Bürhan Qalyun bu barədə bəyan edib.

Qalyun bu bəyanatı Azad Suriya ordusunun nəzarətində olan İdlib əyalətinin Sarmada rayonunu ziyarət etdikdən sonra səsləndirib. İdlib əyaləti Türkiyə ilə sərhəddə yerləşir.

Suriya Milli Şurası xaricdə olan suriyalı müxalifləri birləşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR