Pakistanda dəmiryolu stansiyasında baş vermiş partlayışda 7 nəfər həlak olub

Pakistanda dəmiryolu stansiyasında baş vermiş partlayışda 7 nəfər həlak olub
# 28 iyun 2012 02:43 (UTC +04:00)
Bakı-APA. Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində Sibi stansiyasında baş vermiş partlayış nəticəsində ən azı 7 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Partlayışın platformada, yoxsa vaqonda baş verməsi araşdırılır.

Hələlik heç bir qruplaşma bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR