İran prezidenti London Yay Olimpiya Oyunlarına qatılacaq

İran prezidenti London Yay Olimpiya Oyunlarına qatılacaq
# 28 iyun 2012 10:20 (UTC +04:00)
APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran Olimpiya Komitəsinin katibi Bəhram Əfşarzadə açıqlama verib.

Onun sözlərinə görə, M. Əhmədinejad iyulun 26-da keçiriləcək açılış mərasimindən əvvəl Londona uçmağı planlaşdırır: “Hələlik məlum deyil ki, İran prezidenti yalnız açılış mərasimində iştirak etmək istəyir, yoxsa ölkə idmançılarının müsabiqədə çıxışını şəxsən izləmək və onları dəstəkləmək istəyir. Mən də İran prezidenti ilə bərabər getməyi planlaşdırıram. Müxtəlif yollarla müəyyən etdik ki, Mahmud Əhmədinejadın Olimpiya Oyunlarında iştirakı üçün xüsusi bir maneçilik yoxdur. 2008-də olduğu kimi prezident bu dəfə də idmançıların yarışlarını izləyəcək və onlara azarkeşlik edəcək”.

Qeyd edək ki, İran ağır və yüngül atletika, güləş, atıcılıq və stolüstü tennis, o cümlədən idmanı bir çox növləri üzrə 50 idmançı ilə London Olimpiadasına qatılacaq. M. Əhmədinejad 2012-ci il London Olimpiadasına qatılmaq istəyini açıqlayıb: “London Olimpiadasında gənc iranlı idmançıların yanında olmaq və onlara azarkeşlik etmək istəyirəm. Çünki iranlı idmançılara azarkeşlik edilməsi ilə bağlı problemi var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR