Ayətullah Xamneyi: “İrana qarşı sanksiyalar tətbiq olunması xalqla hakimiyyət arasında narazılıq yaranmasına hesablanıb”

Ayətullah Xamneyi: “İrana qarşı sanksiyalar tətbiq olunması xalqla hakimiyyət arasında narazılıq yaranmasına hesablanıb”
# 28 iyun 2012 10:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Bu gün İran xalqı düşmənlərini yaxşı tanıyır”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi deyib. O bildirib ki, imperialist qüvvələrin əsas hədəfi İranın inkişafının qarşısını almaq və xalqımızın müqavimətini qırmaqdır: “Qərb dövlətləri İranda insan haqları pozuntusu və nüvə proqramı məsələsini əldə əsas tutaraq yalan və əsassız iddialarla dünya ictimaiyyətini aldatmağa çalışırlar. Əslində onlar İran xalqı ilə hakimiyyət arasında nifaq salmağa səy göstərirlər”.
Ayətullah Xamneyi deyib ki, İrana qarşı sanksiyalar tətbiq olunması xalqla hakimiyyət arasında narazılıq yaranmasına hesablanıb: “Lakin İran xalqı hakimiyyətin yanındadır. Bu gün İranı beynəlxalq aləmdən təcrid etməyə çalışan ABŞ-ın özündə xeyli problemlər var. Bu problemləri də asan şəkildə həll etmək mümkün deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR