İran Avropa Birliyinə xəbərdarlıq edib

İran Avropa Birliyinə xəbərdarlıq edib
# 29 iyun 2012 10:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Avropa Birliyinə xəbərdarlıq məktubu göndərib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili tərəfindən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlanmış məktubda nüvə müzakirələrinə mənfi təsir göstərəcək addımlardan çəkinilməsi tələb olunub. Məktubda qeyd olunur ki, İran Qərb ölkələrindən müsbət yanaşma gözləyir: “Nüvə müzakirələrində müsbət nəticə alınmasına gətirib çıxaracaq yeni addımlar atıla bilər. Bu da qarşılıqlı əməkdaşlıq və etimadla mümkündür. Müzakirələrə zərər verə biləcək hər cür hərəkətdən İran deyil, qanuni olmayan vasitələrə əl atan qarşı tərəf məsul olacaq”.

Qeyd edək ki, iyulun 1-dən etibarən Avropa Birliyinin İrandan neft idxalına sanksiya tətbiq olunması barədə qərarı qüvvəyə minəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR